Statistika
31.01.2024 / 14:44
Azərbaycanda incəsənət əsərlərinə xərclənən pul 2 dəfədən çox artıb
41453
Ötən il ölkəmizə 1 milyon 343 min ABŞ dolları dəyərində incәsәnәt әsәrlәri, kolleksiya әşyaları vә antikvariat məhsulları gətirilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm əvvəlki illə müqayisədə 687 min ABŞ dolları və ya iki dəfədən çoxdur. 2022-ci ildə bu, 655 min ABŞ dolları olub.
Keçən il xarici ölkələrə 170 min ABŞ dolları dəyərində icәsәnәt әsәrlәri, kolleksiya әşyaları vә antikvariat məhsulları satılıb ki, bu da əvvəlki illə müqayisədə 25 min ABŞ dolları (13%) azdır. 2022-ci ildə bu məbləğ 195 min ABŞ dolları olub.
Qeyd edək ki, bu 2023-cü ildə ölkəyə gətirilən məhsulun 0.01 faizini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay