Bu məhsulun ixracını 6 min ton artırsaq da, qazanc 22 milyon dollardan çox azalıb
Ötən il Azərbaycan 74 min 289 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun ixrac dəyəri 194 milyon 579 min ABŞ dollar olub.
Bu, həcm baxımından 2022-ci illə müqayisədə 6 min 51 ton (8.8) çox, dəyər baxımından isə 22 milyon 721 min ABŞ dolları (10.4%) azdır.
2022-ci ildə bu rəqəm 68 min 238 ton miqdarında, 217 milyon 301 min ABŞ dollar dəyərində olub.
Belə ki, ötən il xaricə satılan alüminium və ondan hazırlanan məmulatların bir tonunun qiyməti 2 min 619 ABŞ dollar olub. Bu da əvvəlki illə müqayisədə (18%) 1 min 15 ABŞ dollar azdır. Əvvəlki il bu rəqəm 3 min 184 ABŞ dollar olub.
Qeyd edək ki, 2023-cü ildə alüminium və ondan hazırlanan məmulatların ixracı Azәrbaycan mәnşәli әsas qeyri-neft mәhsullarının ixracının 6.5 faizini təşkil edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay