Statistika
31.01.2024 / 09:38
Xaricdən aldığımız ətin kiloqramına 2,79 dollar ödəyirik
41420
2023-cü ildə Azərbaycana 41 min 707 ton ət idxal edilib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin idxal dəyəri 86 milyon 738 min ABŞ dolları olub.
Bu, həcm baxımından 2022-ci illə müqayisədə 2 min 866 ton (6,4%) az, dəyər baxımından isə da 2 milyon 474 min ABŞ dolları (2,9 %) çoxdur.
2022-ci ildə ölkəyə 44 min 573 ton miqdarında, 84 milyon 263 min ABŞ dolları dəyərində ət idxal edilib.
Ötən il idxal olunan ətin bir tonu üçün 2 min 79 ABŞ dolları ödənilib. Bu da, 2022-ci illə müqayisədə 10% yaxud da 189 ABŞ dolları çoxdur.
Yəni keçən il ölkəyə gətirilən ətin bir kiloqramı 2.079 ABŞ dolları olub.
Qeyd edək ki, 2023-cü ildə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5 %-ini təşkil edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay