Statistika
01.02.2024 / 23:23
Ötən il Azərbaycan xaricə musiqi alətləri satışını 3 dəfədən çox artırıb
41381
2023-cü ildə Azərbaycan 96 min ABŞ dolları dəyərində musiqi alətləri, onların hissələri və ləvazimatları ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2022-ci illə müqayisədə 67 min 600 ABŞ dolları və ya 3 dəfədən çox artıb.
2022-ci ildə bu rəqəm 28 min ABŞ dolları olub.
2023-cü ildə 2 milyon 182 min ABŞ dolları dəyərində musiqi alətləri, onların hissələri və ləvazimatları idxal olunub ki, bu da əvvəlki illə müayisədə 24.7%, yaxud da 433 min ABŞ dolları çoxdur. Əvvəlki ildə bu rəqəm 1 milyon 748 min ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay