Statistika
26.01.2024 / 10:33
Azərbaycanda xarici ticarət iştirakçılarının sayı artıb
41182
2023-cü ildə Azərbaycanda 71 min 767 xarici ticarət iştirakçısı olub.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 24% faiz çoxdur. 2022-ci ildə bu rəqəm 57 min 911 olub.
Ölkədə xarici ticarətlə məşğul olanların 61 min 161-i fiziki şəxslər, 10 min 606-sı hüquqi şəxslərdir. Bu da, 2022-ci illə müqayisədə müvafiq olaraq 26.5% və 10.6% çoxdur.
Hüquqi şəxslərin isə 286-sı dövlət, 10 min 320-si özəl sektora məxsusdur. Bu da illik müqayisədə müvafiq olaraq 6.3% və 10.7% çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay