Statistika
26.01.2024 / 09:49
Ötən il sementi xaricə 9 dollar baha satmışıq
41160
2023-cü ildə Azərbaycan 874 min 858 ton həcmində (50 milyon 144 min ABŞ dollar dəyərində) hazır və ya klinker formasında olan sement ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsi ilə 43.7%, yaxud da 15 milyon 252 min ABŞ dolları, miqdar ifadəsi ilə 20.6% və ya 149 min 785 ton çoxdur.
2022-ci ildə bu rəqəmlər dəyər ifadəsi ilə 34 milyon 892 min ABŞ dollar, miqdar ifadəsi ilə 724 min 773 ton olub.
2023-cü ildə sementin bir tonu 57 dollara satılıb. Bu da, 2022-ci illə müqayisədə 18% və ya 9 ABŞ dolları çoxdur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay