Statistika
25.01.2024 / 12:56
Azərbaycanın ixrac etdiyi spirtin qiyməti ucuzlaşıb
41114
2023-cü ildə ölkəmiz 89 milyon 858 min ABŞ dolları dəyərində 501 min 571 ton həcmində metanol (metil spirti) ixrac edib.
Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2022-ci illə müqayisədə həcm olaraq 0.5% və ya 2 min 762 ton, dəyər olaraq 32%, yaxud da 42 milyon 074 min ABŞ dolları həcmində azdır.
2023-cü ildə Azərbaycanın ixrac etdiyi metil spirtinin qiyməti bir ton üçün 179 ABŞ dolları olub. Bu, 2022-ci illə müqayisədə 31%, yaxud da 82 ABŞ dolları azdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay