Statistika
20.01.2024 / 13:36
Azərbaycanda gübrə ixracı 60%-dən çox azalıb
40792
2023-cü ildə Azərbaycan 83 milyon 810 min dollar dəyərində gübrə ixrac edib.
Valyuta.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2022-ci illə müqayisədə 60% və ya 126 milyon 867 min dollar azdır. Belə ki, bu rəqəm 2022-ci ildə 210 milyon 678 min dollar dəyərində olub.
Azərbaycana idxal olunan gübrənin dəyəri 72 milyon 47 min ABŞ dolları olub. Bu, 2022-ci illə müqayisədə 17.6%, yaxud da 15 milyon 402 min dollar azdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay