Azərbaycandan xaricə gedən vətəndaşların sayı 25%-dən çox artıb
2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı ötən illə müqayisədə 25,5 faiz artaraq 1868,7 min nəfər olub.
Bu barədə Valyuta.az-a Statistika Komitəsindən məlumat verilib. Belə ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 faiz, Türkiyəyə gedənlərin sayı 24,3 faiz artıb, İrana gedənlərin sayı 27,7 faiz azalıb.
Ölkə vətəndaşlarının 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,3 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 64,9 faizi kişilər, 35,1 faizi qadınlar olub.
2023-cü ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay