Statistika
17.01.2024 / 16:24
Azərbaycan siqaret idxalını 66% artırıb
40612
2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın siqaret idxalının həcmi açıqlanıb.
Valyuta.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə siqaret idxalı 66,3 % artıb.
Xatırladaq ki, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanın 4,54 milyon ABŞ dolları dəyərində 227 milyon ədəd siqaret (tərkibində tütün olan) idxal edilib. Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,3 %, dəyər baxımından isə 64,4 % çoxdur.
2022-ci ilin 10 ayı ərzində 2,76 milyon ABŞ dolları dəyərində 152 milyon ədəd siqaret ölkəyə idxal edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay