Avropadan 80 milyon avroluq smartfon almışıq
Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana smartfon ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə - 99 min ədədə qədər artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) məlumat verib.
Statistik məlumatlara görə, hesabat dövründə ixracın həcmi dəyər ifadəsində 1,8 dəfə - 78,2 milyon avroya qədər artıb.
Yanvar-oktyabr aylarında smartfon ixracının əsas hissəsi Çexiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 77,9 milyon avro dəyərində (artım 1,7 dəfə) 96,4 min ədəd (artım 1,8 dəfə), eləcə də Avstriya, Almaniya, Fransa, Xorvatiya, Niderland, Polşa və İsveçdən kiçik partiyalarla smartfon ixrac edilib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 53,9 milyon avro dəyərində 75 min ədəd smartfon ixrac edib.
© İnterfaks-Azərbaycan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay