Statistika
14.12.2023 / 13:08
Keçən ay ölkədə geyimə 1 mlrd. manatdan çox vəsait xərclənib
38644
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon manat vəsait xərclənib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 888 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin noyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard 93 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.
©APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay