Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər 17%-dən çox artıb
Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 258 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 8414,6 milyon manatı və ya 59 faizi məhsul istehsalı sahələrinə, 5 108,0 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 1031,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10444,4 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay