Azərbaycanda bəzi məhsullar ucuzlaşıb
2023-cü ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,7 faiz təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən paltaryuyan maşınların, sementin, kəsilən taxtaların, ucuzlaşma isə mobil telefonların və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin oktyabr ayında əhaliyə göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104,5 faiz təşkil edib.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay