Azərbaycanda ÜDM-in artmasının səbəbi... - Ekspert
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 49580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4 faiz artıb. Ötən 5 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olub.
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, ÜDM-in artmasına təsir göstərən başlıca amil inflyasiyadır:
“Qiymət artımı istehsal olunan xidmət və məhsulların dəyərinə də təsir göstərir. Bu da öz növbəsində ÜDM-in rəqəmsal olaraq artmasına dəlalət edir. ÜDM-də baş verən artıma təsir göstərən amillərdən biri də elektrik enerjisində ciddi istehsal və ixracatın artması ilə bağlıdır. Habelə, kənd təsərrüfatı sahəsində də az da olsa, artım müşahidə edilib”.
Ekspert qeyd edir ki, ÜDM-nin artım tempi əslində qənaətbəxş deyil:
“Azərbaycanda daha yüksək artım templərinin şahidi olmuşuq. Belə vəziyyət artımın olmasına baxmayaraq, onun sürətinin zəifləməsini göstərir. Onun da səsbəblərindən biri neft hasilatının azalmasıdır. Əvvəlki illərlə müqayisədə daha az miqdarda neft istehsal olunur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay