Azərbaycan əhalisinin sayı açıqlandı
2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10 135 373 nəfər təşkil edib (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla).
Bu barədə Valyuta.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.
Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1010 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil etmişdir. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olmuşdur.
2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınmış və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşmüşdür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay