Statistika
01.04.2023 / 16:38
“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
27456
“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.
Valyuta.az agentliyin saytına istinadla xəbər verir ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir.
Bildirilir ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq, 58 milyard dollara çatıb. Fitch Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz bənd artaraq, ÜDM-in 68,7 faizinə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay