Azərbaycanda kasıbların ən çox yaşadığı rayonlar (STATİSTİKA)
Azərbaycanda bəzi rayonlar üzrə ünvanlı dövlət yardımı alanların əhali sayına nisbəti olduqca yüksəkdir. Ünvanlı yardım alanların xüsusi çəkisinin yüksək olması ondan xəbər verir ki, həmin rayonlarda aztəminatlı ailələrin sayı daha çoxdur.
Sfera.az xəbər verir ki, əhali sayı ilə müqayisədə daha çox aztəminatlı insan Yardımlı rayonunda yaşayır. Yardımlının 70 min əhalisi var və onların 9 483 nəfəri, yəni 13,5 faizi aztəminatlıdır.
Ümumilikdə, regionlar arasında ən çox aztəminatlı cənub bölgəsindədir. Burada 41 min nəfərə yaxın aztəminatlı var. Ölkə üzrə aztəminatlıların 17 faizindən çoxu cənubda yaşayır.
Cənub regionunda mütləq mənada daha çox aztəminatlı Lənkəran rayonunda (12,68 min və ya rayon əhalisinin 5,5 faizi) və Masallı rayonunda (10 min və ya rayon əhalisinin 4,3 faizi) yaşayır.
Aztəminatlıların sayı çox və xüsusi çəkisi yüksək olan inzibati ərazi vahidləri arasında Tovuz rayonu da var. Burada 12,74 min aztəminatlı yaşayır və onlar rayon əhalisinin 7,05 faizini təşkil edir.
Mingəçevir şəhərində isə əhalinin 6 faizi (6,37 min) aztəminatlıdır.
Ən az aztəminatlı Naxçıvan Muxtar Respublikasındadır. Bu regionda əhalinin təxminən 0,5 faizi aztəminatlıdır.
Böyük şəhərlərdən Bakıda əhalinin 0,95 faizi, Sumqayıtda əhalinin 2,8 faizi, Gəncədə əhalinin 2 faizi aztəminatlı vəziyyətdədir.
Son məlumata görə bir nəfərə düşən ünvanlı yardımın məbləği orta hesabla 85 manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay