BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
25098

Sentyabr ayından başlayaraq 2023-cü ildə əməkhaqlarının artımı ilə bağlı müzakirələr getməkdədir. Buna səbəb Maliyyə Nazirliyinin gələn ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlaması olub.

“Qafqazinfo”nun məlumatına görə, sənəddə 2023-cü ildə xərclər üzrə siyasətin əsas istiqamətləri sırasında əməyin ödənişi ilə bağlı islahatların davam etdirilməsi də yer alıb. Artıq rəsmi şəxslər və ictimaiyyət nümayəndələri arasında həmin ildə əməkhaqlarının nə qədər artırılacağı ilə bağlı gözləntilərini açıqlayanlar da var.

Bəs gələn il əməkhaqları nə qədər arta bilər?

Əvvəlcə ondan başlamalıyıq ki, bu ilin əvvəlindən ölkədə növbəti sosial paketin icrasına başlanılıb. Bu istiqamətdə görülən tədbirlərdən biri də əməkhaqlarının artırılmasıdır. Belə ki, ilk növbədə, minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara – orta hesabla 20 faiz artıma imkan verib. Minimum əməkhaqqı artımı dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə edib. Həmçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların, o cümlədən ümumitəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları orta hesabla 20 faiz artırılıb.   

Qeyd etmək lazımdır ki, bu sosial paket inflyasiyanın əhalinin gəlirlərini üstələməsinin və bu prosesin davam etməsinin qarşısını almağa hesablanmışdı. Belə ki, 2021-ci il üzrə inflyasiya 6,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8,1 faiz olmuşdu. İnflyasiyanın növbəti ildə ikirəqəmli olacağını təxmin etmək elə də çətin deyildi.

Hərçənd ki, bu dövrdə (2020-ci illə müqayisədə 2021-ci ildə) əhalinin gəlirləri nominal ifadədə 2,6 faiz, o cümlədən, orta aylıq əməkhaqları 3,4 faiz artmışdı. Bütün bunlar əməkhaqlarının artımına zəmin yaratmışdı. 

Cari ildə isə vəziyyət bir qədər fərqlidir. 2022-ci ilin yanvar-sentyabr aylarında inflyasiya 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz olub. Bunun fonunda eyni dövrdə əhalinin gəlirləri 20,2 faiz artıb. Orta aylıq əməkhaqqı isə (2022-ci ilin yanvar-avqust aylarında 2021-ci ilin müvafiq dövrünə nisbətən) 14,3 faiz artıb. 

Bununla belə, 2023-cü ildə dövlət büdcəsində sosialyönümlü xərclərin, o cümlədən əməyin ödənilməsi xərclərinin artacağı gözlənilir. 2023-cü ilin dövlət büdcəsində əməyin ödənilməsi üzrə xərclərin 8 milyard 479,7 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisi ilə müqayisədə 420,8 milyon manat və ya 5,2 faiz çoxdur. Cari il üzrə isə əməyin ödənişi xərclərinin 8 milyard 59 milyon manat olacağı gözlənilir ki, bu da 2021-ci ilə nisbətən 1 milyard 563,9 milyon manat və ya 24,1 faiz yüksəkdir. Başqa sözlə, 2023-cü ildə dövlət büdcəsində əməyin ödənişinin artımına yönəldiləcək vəsaitin cari illə müqayisədə 3,7 dəfə az olacağı gözlənilir.    

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində isə bildirilib ki, növbəti ildə orta aylıq əmək haqqının artımı 7,1 faiz səviyyəsində nəzərdə tutulub. Bu, cari il üçün gözlənilən analoji göstəricidən təxminən 2 dəfə az olmaqla ölkə üzrə orta aylıq əmək haqqının artımını göstərir. 

Orta aylıq əmək haqqının artımına iqtisadiyyatın “kölgədən çıxarılması” tədbirləri də təsir edir. Belə ki, özəl sektorda əməkhaqlarının “ağardılması” orta aylıq əməkhaqqı göstəricisinin artmasına gətirib çıxarır. 

Rəsmi göstəricilərin təhlili onu deməyə əsas verir ki, 2023-cü ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqlarının artımı gözlənilsə də bu, cari ildəki səviyyədə olmayacaq. 

Növbəti il üçün inflyasiya göstəricisinin 6,9 faiz olacağının proqnozlaşdırıldığını və artımın inflyasiya təzyiqinə əsaslandığını nəzərə alanda əməkhaqlarının müəyyən sahələr üzrə 10 faizə qədər artacağını təxmin etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

"Expressbank”ın mənfəəti azalıb, şirkətlər 31 milyon manatdan çox depoziti geri çəkib

Ali Məhkəmə evinin sökülməsinə görə vətəndaşa mənəvi təzminat ödənilməsinə qərar verdi

Aynur Qurbanlı nazirlikdə departament direktoru təyin edildi

"2025-ci ilin büdcəsi iqtisadi tərəqqi ilə sosial vəziyyəti tarazlaşdırır" - Spiker

Kirayə mənzil verənlərin nəzərinə: vergi ilə bağlı YENİLİK

Qarabağ və Şərqi Zəngəzura bu qədər vəsait ayrılacaq

Leysan olacaq, qar yağacaq - Xəbərdarlıq

Parlamentin komitə sədri: Gələn il minimum pensiyanın artırılması planlaşdırılır

Komitə sədri: "Valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir"

"Bakıda söküntü işlərinin aparılması sifarişçilərdən və iş adamlarından asılıdır"

Milli Məclisin plenar iclası başladı - Gələn ilin büdcəsi müzakirə olunacaq

“Ali & Nino”nun direktoru dəyişib

DİN biri 41 min manata 20 ədəd avtomobil alır

Azərbaycan və İtaliya şirkətləri arasında görüşlər keçirilib

Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

Azad edilmiş ərazilərin rezidentləri 9 ayda 3,7 milyon manat vergi verib

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsi QADAĞAN OLUNUB

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz®

Əli Əsədov Qərar imzaladı

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Bu gündən COP29 zolaqları qüvvədən düşüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin