24.02.2022 / 21:00
Yanvarda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri açıqlandı
20141
2022-ci ilin yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 4,5 milyard manat olmaqla 2021-ci ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,7 faiz artıb.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin ilk ayı ilə müqayisədə 4,8 faiz artaraq 4,3 milyard manata bərabər olub, onun 46,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat ayında bir istehlakçı orta hesabla 443,7 manat və ya 2021-ci ilin yanvar ayına nisbətən nominal ifadədə 62,7 manat çox vəsait xərcləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay