Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Valyuta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən report-a verilən məlumata görə, ötən il ərzində ölkə əhalisinin sayı 37 233 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il yanvar ayının 1-i vəziyyətinə 10 156 366 nəfərə çatıb.
Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,7 faizi Bakı şəhərində, 9,5 faizi Lənkəran-Astara, 8,9 faizi Qarabağ, 7,3 faizi Mərkəzi Aran, 6,8 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 6,0 faizi Gəncə-Daşkəsən, 5,7 faizi Abşeron-Xızı, 5,5 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 5,0 faizi Şirvan-Salyan, 3,4 faizi Şərqi Zəngəzur, 3,2 faizi Dağlıq Şirvan iqtisadi rayonlarında yaşamışdır. Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1076 nəfər), Lənkəran-Astara (158 nəfər), Abşeron-Xızı (155 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay