Azərbaycanın qeyri-neft ÜDM-i yanvarda 8,8% artıb
2022-ci ilin yanvar ayında Azərbaycanda 9 257,6 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
APA-nın Azərbaycan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6%, qeyri neft-qaz sektorunda isə 8,8% artıb.
ÜDM istehsalının 54,4%-i sənaye, 8,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,0%-i tikinti, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i informasiya və rabitə, 1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,6%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 922,2 manata bərabər olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay