Əhali ən az pulu hansı ayda xərcləyir? - STATİSTİKA
Bakı Baş Statistika İdarəsi paytaxtda pərakəndə ticarət dövriyyəsinin aylar üzrə həcmini açıqlayıb.
Belə ki, 2021-ci ilə aid olan məlumata əsasən əhali ərzaq və qeyri-ərzaq mallarının alınmasına ən çox pulu dekabrda xərcləyib. İlin son ayında ticarətdə 4,166 milyard manat xərclənib ki, bu da cəmi xərclərin 33,6 faizidir.
Əhali sentyabrda 2,42 milyard manat, iyunda 2,4 milyard manat xərcləyib. Bu 3 ayda əhali xərclərinin 51,1 faizini həyata keçirib.
Ən az pul xərclənən ay isə apreldir. Apreldə 1,35 milyard manat xərclənib.
Bayramlar ayı olan martda 1,99 milyard manat xərclənib.
Ümumilikdə, ilin son aylarında əhalinin pərakəndə ticarət xərclərinin yüksək olması müşahidə edilib.
Xərclər məhsul qruplarına görə də fərqlənir. Ərzaq xərcləri dekabr, iyun və sentyabrda böyük olur. Ərzağa ən az pul mayda və iyulda ayrılır.
Qeyri-ərzağa daha çox pul dekabr və mayda, ən az apreldə xərclənib.
Maraqlı olan faktlardan biri isə ondan ibarətdir ki, əhali mayda və iyulda qeyri-ərzağın alınmasına ərzaqdan kifayət qədər çox vəsait ayırır. Mayda fərq hətta 2 dəfədən də çox olur. //Sfera.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay