Statistika
26.01.2022 / 12:21
Azərbaycanlılar Türkiyədə kütləvi şəkildə daşınmaz əmlak alır - RƏQƏMLƏR
19049
Azərbaycan vətəndaşları 2021-ci ildə Türkiyədə 1517 mülk alıb. Bu da 2020-ci illə müqayisədə 238 ədəd çoxdur.
Bu barədə informasiyanı Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlakın Alqı-Satqı Dövlət Qurumu yayıb.
Mənbə qeyd edir ki, 2021-ci ilin dekabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 192 əmlak alıb ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 37 əmlak çoxdur.
Ötən il Türkiyədə 1,4 milyon əmlak satılıb. Bu da 2020-ci illə müqayisədə 0,5 faiz azdır.
2021-ci ilin dekabr ayında Türkiyədə 226 503 əmlak satılıb. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə çoxluq təşkil edir. Ötən il ərzində isə əcnəbilər Türkiyədə 58 576 mülk əldə edib. Bu da 2020-ci illə müqayisədə 43,5 faiz çoxdur. //Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay