Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 16 faiz artıb
Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycanla 689,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.
Son 1 ildə Gürcüstanın Azərbaycana ixracının dəyəri 22,1 % artaraq 347 milyon dollar, Azərbaycandan idxalının dəyəri isə 4,2 % artaraq 342,4 milyon dollar təşkil edib.
Hesabat dövründə Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 7,9 % payla qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra IV yeri tutub.
Ölkəmizin Gürcüstanın ixracında payı 13,3 % təşkil edib ki, bununla da digər əsas ixrac tərəfdaşları arasında Çin və Rusiyadan sonra III yerdə qərarlaşıb. Azərbaycanın Gürcüstanın idxalında payı isə 5,6 % olub ki, bununla da digər əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra V sırada yer alıb.
Mənbə: Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay