Statistika
15.09.2021 / 15:51
Bu il BTC ilə nə qədər neft nəql olunub? - STATİSTİKA
18178
2021-ci ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 17,434 milyon ton neft nəql olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı hesabatda əks olunub.
Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin 74,7 faizi BTC xəttinin payına düşüb.
Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 23,331 milyon ton neft nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,56 faiz azdır.
Yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2,213 milyon ton tranzit (Türkmənistan) nefti nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz azdır.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay