Azərbaycanda neft məhsullarının istehsalı bir qədər artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2 milyard 881,7 milyon manatlıq neft məhsulları istehsal edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd edilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 % çoxdur.
Hesabat dövründə ölkədə 804,3 min ton həcmində avtomobil benzini, 1 milyon 679,8 min ton dizel yanacağı, 35,7 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu istehsal edilib.
Son 1 ildə avtomobil benzinin istehsalı 2,5% azalıb, dizel yanacağının istehsalı 12,5%, sürtkü yağlarının istehsalı 66,8% artıb.neft bitumunun istehsalı isə 7,4% artıb.
Həmçinin, bu ilin 8 ayında ölkədə 279,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 336 min ton ağ neft, 31,1 min ton yanacaq mazutu 176,1 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 72,8 %, neft koksunun istehsalı 21,3 % artıb, ağ neftin istehsalı 0,2%, yanacaq mazutunun istehsalı 26,3 % azalıb.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay