2021-ci ilin sonuna qədər Azərbaycanda inflyasiya 5 faizə yaxın olacaq - HESABAT
2021-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2%, əvvəlki ilin avqust ayına nisbətən 106,4% artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda qeyd edilib.
Avqust ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, televizor və mənzillərin təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ilin sonuna inflyasiya 4,9% təşkil edəcək.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay