Statistika
11.08.2021 / 18:42
Bu il əczaçılıq məhsullarına xərclənən vəsait 31 faizdən çox artıb - STATİSTİKA
16871
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 505,4 mln. manat xərclənib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub.
Sənədə əsasən, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,3% artıb.
Cari ilin təkcə iyul ayında satışların həcmi 71,5 mln. manat təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 10,6% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay