BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7647
  • RUB
    1.7571
  • TRY
    0.0472
  • GBP
    2.1127
63080

Ötən həftə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Valyuta.az "vergilər"ə istinadən xəbər verir ki, ümumilikdə indiyədək 188 kiçik və orta biznes subyekti bu sənədi almaqla innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il mənfəət və gəlir vergisi ödəmirlər. Məhz bunun sayəsində onlar innovativ inkişafa və kiçik bizneslərini böyütməyə daha çox maliyyə yönəldə bilirlər. 

Tək toxunuşla su sifariş ver, onlayn ödə, çeki də elektron əldə et!

İnsanlar artıq su sifariş verərkən zəng etmək, tədarükçülərin cavabını gözləmək və ya sifarişlərin qeydlərini aparmaq məcburiyyətində qalmayacaqlar. Bütün bu çətinlikləri geridə qoymaq üçün “SUBER” tətbiqi yaradılıb. Yenicə “Startap” şəhadətnaməsi alan Azər Eyyubov deyir ki, tətbiqin kifayət qədər üstünlükləri var. Belə ki, müştərilər proqram vasitəsilə istifadə etdikləri brendin suyunu almaq imkanı əldə edəcəklər. Bir sözlə, tətbiq evlərə və ofislərə içməli su çatdıran bütün şirkətləri bir araya gətirməklə istifadəçilərə daha geniş çeşid təqdim etmək niyyətindədir. Yeniliyə görə, sifarişdən sonra suyun qapımıza qədər bütün mərhələlərini izləmək mümkün olacaq. Bu da o deməkdir ki, zənglərə, mesajlara ehtiyac qalmayacaq, bütün məlumatlar bir smartfon qədər yaxın olacaq.

Tətbiqdən istifadə edənləri məmnun edəcək daha bir yenilik qısa zamanda təqdim olunacaq. Onlara son sifarişi təkrarlamaq və kart balansından avtomatik ödəmə imkanı yaradılacaq. Bu da son deyil, sifarişçilər əlavə bonus da qazana biləcəklər. Korporativ hesab yaratmaq imkanının olması isə şirkətlərin işini asanlaşdırmağa hesablanıb. Məsafədən müqavilə imzalanaraq qaimə əsasında su tədarükü gerçəkləşəcək.

Tətbiq müştərilərə şəffaf ödəniş prosesindən yararlanaraq qəbz və hesabatlarını rahatlıqla idarə etməyə şərait yaradır ki, bu da daimi su sifariş etməyi asanlaşdırır və xərcləri nəzarətdə saxlamağa imkan verir.

Startapçı vergi güzəştlərinin onların fəaliyyətinə “yaşıl işıq” yandırdığını deyir. Bildirir ki, qənaət edəcəkləri məbləği məhsulun davamlı inkişafına yönləndirəcəklər. Sözsüz ki, reklam və marketinqə müəyyən qədər vəsait ayırmaqla müştəri bazasını təkmilləşdirmək, IT infrastrukturunu inkişaf etdirmək qarşıdakı 3 il ərzində əsas hədəflərdəndir.

Dünyanın ilk tövsiyə platforması Azərbaycanda: getdiyin məkanı dostuna bildir, pul qazan!

Bu günlərdə “Startap” şəhadətnaməsi alan Teymuraz Əkbərovun yaratdığı “BuyLink” sosial şəbəkəsi nəinki Azərbaycanda, hətta dünyada adından söz etdirə bilər. Altı aylıq “benchmark” araşdırması nəticəsində aydın olub ki, bu tərzdə platforma dünyada mövcud deyil. “BuyLink”lə tövsiyədən pul qazanmaq mümkündür. Hər hansı kafe, restoran, gül dükanına getdiyinizi təsəvvür edin. Burada xoşunuza gələnləri platforma üzərindən dostlarınızla paylaşmaqla pul qazanacaqsınız, üstəlik, tövsiyə etdiyiniz dostlarınız da bu məkanlardan endirimli faydalanacaqlar. Tətbiqin yaradıcısı deyir ki, həm tövsiyə edən, həm də ondan yararlanan şəxslər qazanırlar, üstəlik, həmin məkanlar da yeni müştərilər əldə edir. Bunun sayəsində məkan sahibləri marjasını böyüdür və əldə etdiyi gəlirlər artmış olur. Əslində, bu metod bütün sosial şəbəkələrdə və bəzi platformalarda hazırda da mövcuddur, ancaq bunlar məhdud tərkiblidir. Yəni bir proqram yalnız öz daxilində bu imkanı verir. “BuyLink” isə 100-lərlə brendi bir platformada birləşdirmək niyyətindədir.

Bu sosial şəbəkə üzərindən istifadəçilər yazışa və fikirlərini də bölüşə biləcəklər. Yeri gəlmişkən, “BuyLink”lə əməkdaşlıq bizneslər üçün pulsuz olacaq. Startapın qurucusu bildirir ki, indiki məqamda bu layihəni dünyada tanıtmaq qarşılarına qoyduqları ən böyük hədəfdir. Məhz 3 illik vergi güzəştinin olması onları bu hədəflərinə bir addım da yaxınlaşdırır.

Artıq şirkətlər məhsullarını küçədə test etdirməyəcək

Daha az zaman və maliyyə xərcləməklə şirkətlər bazara çıxa biləcək. “Sampler” platforması daha çox biznes subyektlərinin işini asanlaşdırmağa hesablanıb. Bundan sonra şirkətlər istehsal etdikləri məhsullarla bağlı müştərilərdən daha sürətli rəylər ala biləcək və bazara uyğun olub-olmamalarını müəyyən edə biləcəklər. Küçələrdə ayaqüstü dequstasiya testləri aparmaq, məhsul təqdim etmək artıq keçmişdə qalır. Bazara yeni məhsul çıxaran şirkət həmin məhsuldan nümunələri “Sampler”ə göndərir, “Sampler” isə öz növbəsində həmin məhsulları platformasında qeydiyyatdan keçən müştərilərinə verir və onlardan geridönüşlər alır. Daha sonra toplanmış bu rəylər sifarişçi şirkətlərə təqdim olunur. Sonda sifarişçi rəylər əsasında özünü təkmilləşdirmək və satışlarını artırmaq barədə düşünür. Ödəniş qarşılığında istehsalçılar yüzlərlə insana məhsul göndərməklə qısa zamanda rəy ala bilərlər. Bunun sayəsində şirkətlər büdcəsinə qənaət edir və proseslər daha sürətli baş verir.

Platformanının yaradıcısı Kənan Əhmədov deyir ki, daha öncə ayaqüstü testlər aparılsa da zaman baxımından effektli hesab edilmirdi. İndi “Sampler”in yaradılması ilə testlər evdə edilir və müştərilərin məhsula rəy vermək üçün daha geniş zamanı olur. Yaxın vaxtlarda platformanın mobil versiyası da istifadəyə veriləcək.

Startapın qurucusunun sözlərinə əsasən, layihənin böyüdülməsi qarşıdakı ən böyük hədəfdir. Tərəfdaşların sayı artdıqca komandanın genişləndirilməsi planlaşdırılır. Sahibkar düşünür ki, vergi güzəştləri onların bazardakı mövqeyinin möhkəmlənməsinə səbəb olacaq. O, bu kimi yeni startaplara dəstəyin ölkədə startap dinamikasını artırdığına və bunun sayəsində öz ideyasını gerçəkləşdirmək istəyən gənclərin sayının artacağına inandığını da vurğulayır.

Yükü özünlə daşıma, dolaba qoy və şəhərin gözəlliklərindən zövq al!

Bakıya gəlmisiniz və paytaxtımızın gözəlliyindən ürəkdolusu zövq almaq istəyirsiniz, amma əl yükünüz buna mane olur? Anar Əmiraslanovun yaratdığı “Baku Safe Locker” həm yerli, həm də xarici turistlərin işini asanlaşdıracaq. Startap KOBİA-nın təmin etdiyi şəhadətnamədən yararlanan kiçik biznes subyektlərindəndir. “Baku Safe Locker” vasitəsilə paytaxtın düz mərkəzində, Fəvvarələr meydanı yaxınlığında ödəniş etməklə yükünüzü istədiyiniz qədər dolabda saxlamaq imkanı yaradılır. Bunun sayəsində insanlar vaxtlarını daha səmərəli keçirəcək və ağır yükləri özləri ilə daşımayacaqlar. Üstəlik, yüklər təhlükəsiz şəkildə ünvanınıza da çatdırıla bilər.

Startapın müəllifi qeyd edir ki, dolabların özündə avtomatik ödəmə sistemi də var, lakin bu funksiya müəyyən maliyyə sıxıntılarına görə hələ tam işə salınmayıb. 3 illik mənfəət vergisindən azad olunmaqla qənaət ediləcək məbləğlər bu kimi xırda çatışmazlıqların aradan qaldırılmasına yönəldilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yeni kiberhücumlara hazır olaq - Doğmalarınızın görüntüsü və səsi ilə...

Dünyanın ən yaşlı və ən gənc dövlət başçıları - Siyahı

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

İlk iş yerlərində gənclərimiz aşağı həcmli əməkhaqqı ilə çalışmağa məcbur olurlar - Nazir müavini

Hazır ev almaq sərfəlidir, yoxsa torpaq alıb ev tikmək?

"Fitch": Azərbaycan banklarının əsas maliyyə göstəriciləri bu il stabil qalacaq

“Rəqəmsallaşma planlı şəkildə həyata keçirilməlidir”

Mərkəzi Bank pul təşkilatına lisenziya verdi

Azərbaycanda inək və qoyunların sayı azaldı

Ermənistan ölkəmizə zərbələr endirə biləcək silahlar alıb - Bakıdan AÇIQLAMA

Andiçməyə valideynlər buraxılmayacaq - RƏSMİ

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

İlon Mask "OpenAI"-ni 97 milyarda almaq istədi, Səm Altman qarşı çıxdı - "Dələduz..."

Azərbaycanda bankların faizdən gələn gəlirləri açıqlandı

Pensiyalar yeni artımla birgə ödənildi

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

İstehsalçı şirkətlər Azərbaycanda unun qiymətini qaldırdı

Bu avtomobil üçün iki milyon dollar təklif olunur

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Azərbaycanda 71-ci dəfə əfv sərəncamı imzalanacaq

İxracdan əldə olunan 56 milyon manat Azərbaycana qaytarıldı

AZAL və İsrail aviaşirkəti arasında razılaşma imzalandı

İrandan gətirilən kartoflarda zərərli orqanizmlər aşkar olundu

Azərbaycanda 16 illik şirkət ləğv edildi

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

17 yaşda neft şirkətində iş, 30-da CEO: “Təəssüf ki, çox böyük hədəflərim var”

"Bitcoin" və "Ethereum"da əhəmiyyətli artım - QİYMƏTLƏR

DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirdi

Rubl bahalaşdı, Avro ucuzlaşdı - Günün məzənnəsi

Kompüterdən sonra göz yorğunluğunu necə aradan qaldıraq? -SƏHƏR OXUSU

Yeni kredit təşkilatı yaradıldı

"Boeing"in "Starliner" layihəsi şirkəti zərərə uğradır - Ziyan 2 milyardı keçib

Məhkəmə Mərkəzi Bankın protokolunu ləğv etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin