BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.859
  • 1 Rusiya rublu
    0.0176
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2184
56401

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) “Roadshow” layihəsi ilə ölkənin startaplarına dəstək göstərməyə davam edir.

Valyuta.az-ın məlumatına görə, agentlikdən bildirilib ki, layihə çərçivəsində oktyabrın 28-dən 30-dək San-Fransiskoda keçiriləcək və dünyanın ən prestijli texnologiya tədbiri hesab olunan “TechCrunch Disrupt 2024” sammitində Azərbaycandan beş startapın (“Polygraf AI”, “iomete”, “Dosty”, “Recepta”, “Adviad”) iştirakı nəzərdə tutulub.

Sammitdə Azərbaycanı təmsil edən startaplardan biri “Recepta” “Startup Battlefield” müsabiqəsinin seçim mərhələsindən uğurla keçərək müsabiqədə iştirak hüququ əldə edib. Builki müsabiqənin ilkin mərhələsinə 200 startap qatılacaq, final mərhələdə isə 20 startapın investorlar önündə təqdimatı (“pitching”) baş tutacaq. Qalib komanda 100 min dollar məbləğində mükafat alacaq.

“Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və “yaşıl dünya”ya keçidi mümkün edən həllər təklif edir. Sammitdə iştirak edəcək digər Azərbaycan startapları süni intellektlə bağlı risklərin qarşısının alınması və aşkarlanması (“Polygraf AI”), data idarəetməsi (“iomete”), ev heyvanlarının baxımı (“Dosty”) və hərtərəfli rəqəmsal marketinq (“Adviad”) həlləri təklif edir.

Qeyd edək ki, “Roadshow” layihəsi Azərbaycanın startap ekosistemində fəallığı ilə seçilən startapların ən nüfuzlu beynəlxalq tədbirlərdə iştirakına dəstək olmaq məqsədilə həyata keçirilir. Son iki il ərzində Azərbaycan startapları “TechCrunch Disrupt”la yanaşı, “Web Summit”, “Latitude 59”, “Money 20/20”, “Pirate Summit 2023”, “4YFN Barcelona 2024” və “GITEX” kimi nüfuzlu sammit və konfranslarda iştirak ediblər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sənədsiz evlərə “kupça” almaq asanlaşır?

Bu hallarda ailəyə görə əsgərlikdən möhlət verilir - Rəsmi AÇIQLAMA

2024-cü ilin ən yaxşı şəhəri açıqlandı

İş həyatında sağlamlığınıza nə təsir edir? - Diqqət olunmalı məqamlar

BƏƏ-dən kriptovalyutalarla bağlı vacib addım

Xaricdə işləməyin yolları - Özümüzü necə hazırlayaq?

Məhkumluğu olan və bəraət alan şəxslərə vəzifə verilməsi: QANUN NƏ DEYİR?

Ən sürətli "Porsche" bəlli oldu

"Dünyanın ən gözəl işi"ni tapdı

Qiymət 30 faizdən çox artıb, bəs keyfiyyət?

İnsanlar öz evlərinin damına günəş panelləri quraşdıra bilərlərmi? - AÇIQLAMA

5 addımda işdəki stresi aradan qaldırın

Ötən ay Azərbaycanda bu məhsullar ucuzlaşıb

Vüqar Qurbanovdan yeni təyinat

Vüqar Qurbanovdan yeni təyinat

Şahdağın yüksəkliklərinə qar yağıb - FAKTİKİ HAVA

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirdi

İcra başçısı şöbə müdirini məktəbə göndərdi - Müəllimlər arasında dava məhkəmədə bitdi

Ekspert: Yeni sərəncam istehsal müəssisələrinin suya qənaət etməsinə səbəb olacaq

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

Deputatların maaşından hər ay nə qədər vergi tutulur?

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı (VİDEO)

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı (VİDEO)

Bəzi rayonlara dolu düşəcək, qar yağacaq

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər

Paytaxtda 9 ay ərzində baş verən qəzalar hansı səbəbdən yaşanıb? (VİDEO)

İctimai nəqliyyatda gedişhaqqı məsafəyə görə tənzimlənə bilərmi? (AÇIQLAMA)

Bakıya ilk qar nə zaman yağacaq? (AÇIQLAMA)

Bakıya ilk qar nə zaman yağacaq? (AÇIQLAMA)

Kirayə mənzil verənlərin diqqətinə: Hər iki tərəf cərimələnə bilər?

"28 May"ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

Türkiyədən bu ölkələrə “beyin köçü” baş verir - RƏSMİ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin