BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9559
  • RUB
    2.1627
  • TRY
    0.043
  • GBP
    2.2854
54917

“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. 

“Yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edə bilərlər. 

İndiyədək KOBİA tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. Belə ki, KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, bunun üçün lazım olan proqram təminatının hazırlanması, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisinin alınması, smart polimer kompozisiya materiallarından istifadə etməklə binalarda enerji sərfiyyatının azaldılması, “ağıllı suvarma” texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılması, ekoloji R2 (Responsible Recycling) sertifikatının alınmasına dəstək, atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrinə Agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb. Alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün ağıllı su depolayıcı materialın hazırlanması və s. layihələr üçün KOB subyektlərinə vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib.

Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb.

Eyni zamanda KOBİA tərəfindən sahibkarlara “yaşıl iqtisadiyyat” ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə Agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib.

Sahibkarların “yaşıl layihə”lərinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib.

Biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan isifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması (//yb.smb.gov.az/) yaradılıb. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaqla enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirərək zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft"da növbəti ixtisar dalğası: Minlərlə insan işsiz qala bilər

"Samsung" zəlzələni xəbər verən sistem hazırlayır

Naxçıvan Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq

AAYDA-nın sədri Mayis Qədirovu direktor təyin etdi

Azərbaycanda bu yazıçılara 350 manat veriləcək

Naxçıvanda icra başçılarını Azərbaycan Prezidenti təyin edəcək

Tələbə təqaüdləri artırılır? - Rəsmi AÇIQLAMA

Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi qaydası dəyişir

Sabahın hava proqnozu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

2025-ci ildə müşahidə olunan ən təhlükəli 6 kiberdələduzluq üsulu

Azərbaycanda 10 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycanda futbol klubunun rəhbəri olan şirkət sahibi həbs edildi - TƏFƏRRÜAT

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı - RƏSMİ

"OpenAI" və "Microsoft" arasında gərgin danışıqlar - 20 milyard dollarlıq risk

“Atəşgah Həyat”ın Direktorlar Şurasına yeni sədr seçildi

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinatlar olub

“Amazon” süni intellektlə bağlı planlarını açıqladı - Minlərlə işçi ixtisar ediləcək

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Azərbaycanda məşhur bahalı hotel fəaliyyətini dayandırdı

Şirniyyat biznesi satılır - QİYMƏT

Sənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur?

Bakıda məşhur şirniyyat mağazasının fəaliyyəti dayandırıldı

“Veteran pulu” ilə bağlı AÇIQLAMA

Lokalizasiya: hədəf auditoriyanı tanımadan uğur mümkündürmü?

Neftimizin qiyməti 82 dolları keçdi

Azərbaycan bu ölkədən 1 ton bilyard əşyasını 5 892 manata alıb

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Şirkətlər ona şans vermirdi, o da öz şirkətini qurdu – Məşhur reperin uğur hekayəsi

Rubl və avro bahalaşdı

“Kontakt Home”, “Baku Elektronics” market marketinqi ilə işləyir”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin