BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
54146

Ankarada təhsil alan, Kompüter mühəndisliyi ixtisası üzrə üçüncü kurs tələbəsi Ramin Oruclu yeni platforma yaradıb. Bu platforma kodlaşmanı öyrənmək üçündür. İstəyən şəxs bu platforma vasitəsilə heç bir müəllim olmadan sıfırdan kodlaşdırmanı öyrənə bilər. Ramin Oruclu Valyuta.az-a platforma haqqında danışıb. 

O, deyir ki, hazırda proqramlaşdırma öyrənmək istəyən şəxslər maddi cəhətdən çətinlik yaradan kurs qiymətləri, şəxsə uyğun olmayan tədris cədvəli və kursların ünvanı, tətbiqin ön planda olmadığı tədris kimi problemlərlə qarşılaşırlar. Bu problemlərə həll yolu olaraq Kodbayt (//kodbayt.az/) platformasını ərsəyə gətirib:

“Sıxıcı və ənənəvi tədris metodlarından fərqli olaraq, Kodbayt insanlara interaktiv və əyləncəli şəkildə öyrənməyi təmin edir. Ənənəvi tədrisi aradan qaldıraraq, istənilən zaman, istənilən yerdə və istənilən cihazda öyrənmə imkanı təqdim edir. Kod yazaraq layihələr yaratmaq, yazdığınız kodu digər insanlarla paylaşmaq və şəbəkə vasitəsilə proqramçılarla ünsiyyət qurmaq imkanı kimi üstünlüklər öyrənmə prosesini daha da asanlaşdırır. Artıq platformamızda 450-dən çox qeydiyyatdan keçmiş istifadəçi var”.

R.Oruclu bildirdi ki, yazılan kodları digər şəxslərlə paylaşma, şəbəkə özəlliyi sayəsində digər şəxslərlə sual-cavab və ünsiyyət imkanı, layihələr yaradaraq daha effektiv öyrənmə kimi imkanlar üçün ödəniş tələb olunur. Bu ödənişin məbləği 29.99 manatdır. Amma ödəniş etmədən də müəyyən bir hissəyə qədər platformadan yararlanmaq mümkündür.

“Bu platformadakı tədrisi digərlərindən fərqləndirən əsas xüsusiyyəti nəzəriyyədən daha çox praktikaya üstünlük verilməsidir. Platformada istifadəçi öyrəndiyini tətbiq edə bilməsi üçün müəyyən layihələr də əlavə edilib. Platformadakı tədrisi yerinə yetirən şəxs artıq rahatlıqla proyekt ərsəyə gətirə biləcək” - R.Oruclu bildirdi.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BƏƏ ABŞ-yə 1.4 trln. dollar sərmayə yatıracaq

Sabah külək güclənəcək

Azərbaycanda müavinət və təqaüdlər artacaq

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Ötən il qeyri-neft-qaz sektorunda 11.5 mlrd. dollar kəsir qeydə alınıb

Qripin müayinə və müalicə xərcləri də icbari tibbi sığorta ilə qarşılanır? - AÇIQLAMA

Tarixi rekord: İlk dəfə 3 milyard avroluq hədd aşıldı

Liderlikdə səsin gücü - 5 vacib faktor - SƏHƏR OXUSU

Dənizlə gələn milyonlar - Dəniz nəqliyyatı ticarəti canlandırır

“İnstagram”da yeni funksiya sınaqdan keçirildi - Sosial media iki yerə bölündü

Tomat istehsalı artdı, gəlir azaldı - Paradoks yaradan statistika

Azərbaycan mebel idxalını artırıb

Meyvə və tərəvəz ixracında artım - Milyonlarla dollar gəlir əldə edilib

"Apple" şirkəti məhkəməyə verildi - Yalançı ittihamı irəli sürüldü

2 ayda xaricdən 187 min ton buğda almışıq

Bu ölkədən Azərbaycana pul köçürmələri 90% artıb

İşdə enerjinizi qoruyacaq 8 davranış

Ordubadın Cümə məscidi təmir-bərpadan sonra istifadəyə verilib

Azərbaycan xaricə investisiyaları 2.3 mlrd. manata yaxın azaldıb

Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olunub

Bölgələrdə həkim çatışmır - STATİSTİKA

Azərbaycana ən çox investisiya yatıran ölkələr - Cədvəl

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Xarici ticarət balansında profisit 30 %-dən çox azalıb

Yağış yağacaq, dolu düşəcək, külək güclənəcək

Builki qəbul imtahanlarında dəyişiklik gözlənilir?

Azərbaycan nefti bahalaşıb

"Bank Avrasiya"nın mənfəəti 2.5 mln.dan çox azalıb - Hesabat

Avropa Rusiya aktivləindən istifadə etməyə niyə tərəddüd edir? - "CNN"

Cari ildə bir nəfərə düşən ÜDM 1860 manatı ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin