BAKU Azərbaycan
12.53°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
41304

“Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayılzadə yazır…

Demək olar ki, hər gün vətəndən kimləsə startuplar barədə danışıram. Qərar verdim ki, həftədə bir dəfə bəzi mövzuları, xüsusən də miflər barədə nəsə yazım:

1. Startap edən milyarder olur - Mifdir! Milyarder, hətta milyoner olmaq üçün ilk olaraq startap böyük problemi həll etməlidir. Milyardlıq, yaxud qlobal problemi ya çox böyük ölkədə həll etməlisən. Dünya statistikasına görə cəmi 4-5 faiz startaplar uğurlu olur. Problemin həcmi və komanda bu işin əsas hissəsidir. Bir də maliyyələşməsi.

2. Startap edənlər hamısı batır, dəhşət risklidir. Tanrı Kərimdir - Bu da özünə görə mifdir. Artıq bir neçə dəfə uğurlu startap etmiş üçün uğur faizi inanılmaz dərəcədə yüksəkdir. Məncə, mənim uğurlu startap etmə ehtimalım 60%-in üzərindədir. Digərlərində də elədir. Elona, Jeff və digərlərinə baxın...

3. Pulu olan adam yeni startapı üçün pul toplamaz - Mifdir! Hər bir investorun rahat olduğu məbləğ var. Məsələn, deyək ki, mənim portfolio startapıma 100 min dollar lazımdır, bunun hamısını qoya biləcək imkanım ola bilər, amma qoymamalıyam. O 100 min dollar 50 mindən iki startapa gedə bilər. Qalan 50 mini isə dostdan tanışdan 5-10 min dollar şəklində toplamaq olar. Buna sərmayənin de-riskləşdirilməsi deyilir. O startap batarsa, biri var mənim bütün 100 minim batdı və başqa startapa pulum qalmadı. Biri də var, mənim 50 minim batdı, digərlərinin də 5 mini. Dünyanın sonu olmur ki. Yenisini etməyə imkan qalır. Uğurlu olanda isə, nə pislik oldu ki, dostlar tanışlar da 5 minlərini 500min elədilər. Ona görə də vəsait cəlb etmək həmişə hər startapa lazımdır. Və dünyada qəbul edilmiş adi bir şeydir.

4. Startap gənclərin işidir - Boş söhbətdir. Bəli mediada daha çox gənc varlananlardan danışırlar. Amma onlar bu işin cəmi 3-5 faizidir. Əksər uğurlar 40-dan yaşlı olanlardan olur.

5. Azərbaycanlılar xaricdə uğurlarından Azərbaycana nə? Mifdir! Hazırda mənim tanıdığım 4-5 azərbaycanlı startap həyatında uğurla hərəkət edirlər. Onlar Avropada, Britaniyada və Amerikadadırlar. Onlar uğuru Bakıdakılara ciddi ilham olacaq. Onların qazandıqları pulların bir hissəsi bir şəkildə Azərbaycana qayıdacaq! Onların xaricdə söz sahibi olması ölkəmizə siyası dəstək olacaq. Odur ki, xaricdə yaşayanların startplarını diqqətlə izləyin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər

Məşhur film şirkəti iflasa uğradı

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür

Mehman Veysəlov onları müdir təyin edib

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

BƏƏ Türkiyənin bu bankını aldı

Ağdamda tikilən evlərin həyətyanı sahəsi nə qədərdir?

Ağdamın Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi ev tikiləcək

"İnstagram" istifadəçilər üçün yeni funksiya təqdim edib

"Tesla" qiymətləri qaldırır

Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı təsdiqlədi

Avtobuslarla bağlı yenilik: İş saatı artırılacaq, yalnız elektrikli avtobuslar işləyəcək

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Ötən il Rusiya vətəndaşlığını alan əcnəbilərin sayı rekord səviyyədə düşdü

Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər - Siyahı

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Dələduzların yeni oyunu - "Bank kartını icarəyə ver, 5000 manat qazan"

Malayziyaya səyahət neçəyə başa gəlir? - Viza tələbi yoxdur

Neftimizin qiyməti cüzi azalıb

"Amazon" yeni süni intellekt funksiyasını təqdim edib

"Bitcoin" və altcoinlərin qiymətləri düşdü

“Melissa Group”un rəhbəri saxlanıldı

“Melissa Group”un rəhbəri saxlanıldı

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

"Wall Street"də bonuslar rekord həddə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin