BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2022-ci il üzrə maliyyə hesabatlarına nəzər saldıqda görürəm ki, dövlət büdcəsindən agentliyə 6.8 milyon manat ayrılıb. Agentlik 3.7 milyonunu inzibati xərclərə verib. İl üzrə 4.6 milyon manat zərər edib. Yatırdığı investisiyalardan isə cəmi 8 min manat gəlir qazanıb. Özəl sektor zad iş deyil, ciddi deyirəm, büdcələrə adam baxıb heyran olur. Bu 6.8 milyon manata neçə startapa investisiya etmək olardı? Əslində dövlət kiçik sahibkarlıq və startapların inkişafına ciddi büdcələr ayırır, amma gəl ki...”- bunu biznes konsultant Nicat Manafov öz “Facebook” hesabında yazıb.

Valyuta.Az-ın verdiyi xəbərə görə, paylaşım sosial şəbəkədə geniş müzakirəyə yol açıb.

Audit edilmiş maliyyə hesabatına görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 2022-ci ildə cəmi gəlirlərini illik müqayisədə 25%-dən çox artırmaqla 118 min manata çatdırıb. Bununla belə, dövlət agentliyinin inzibati xərcləri daha 15% artaraq 3 mln. 777 min manata yüksəlib. Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra 4 mln. 625 min manat zərər edib. Agentliyin 2021-ci il üzrə zərəri isə 4 mln. 163 min manat idi. Yəni, Agentlik yarandığı ilk iki ildə 8,8 milyon manat zərərə edib.

İRİA-nın mətbuat şöbəsindən Valyuta.az-ın mövzu ilə bağlı sorğusunu belə cavablandırıb:

“Agentliyin kommersiya fəaliyyətindən olan gəliri 2022-ci ildə 118 min manat təşkil edib. Bu da ötən ilə nisbətdə 25% artım deməkdir. 2022-ci ildə agentliyin xalis pul vəsaitləri 2021-ci illə müqayisədə 3 milyon manata yaxın artaraq 31.4 milyon manat təşkil edib. Agentliyin fəaliyyətinin genişlənməsi ilə əlaqədar ümumi xərclərdə də 11% artım müşahidə edilib”.

Xərclərin artmasına gəldikdə isə agentlikdən bildirib ki, İRİA proqram təminatının inkişafı üçün böyük sərmayə qoyub: “Bütün fəaliyyətlər ən son qlobal texnologiya təcrübələri və standartlarına uyğun olaraq həyata keçirilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi insanlara və proqram təminatının inkişaf etdirilməsi imkanlarına böyük sərmayə qoyub. İRİA-nın xərc bazasının 13%-i amortizasiya xərcləri kimi təsnif etdiyimiz xərclərə aiddir. Digər xərclər isə yuxarıda sözügedən rəqəmsallaşdırma prosesinini həyata keçirəcək düzgün kadrlara sərmayəni təşkil edir”.

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nizamnaməsinə əsasən, hökumət, biznes və vətəndaşlar arasında qarşılıqlı əlaqə proseslərinin rəqəmsallaşdırılması əsas öhdəliklərdəndir.  Bu, Azərbaycan üçün strateji,  gələcək üçün önəmli inkişaf layihəsidir və İKT sənayesi üçün də yeni iş yerləri və imkanlarının yaradılması üçün əsas zəmindir”, - deyə agentlikdən bildirilib.

Nicat Manafov isə Valyuta.az-a bildirib ki, agentlik büdcəsindən startaplara dəstək üçün maliyyə ayırsa, daha faydalı olar: “2022-ci ildə olduğu kimi bu il də büdcəni təlimlər və tədbirlər keçirtməyə yönləndiriblər. Pulu daha çox bu istiqamətdə xərcləyirlər. Bunun da heç bir faydası olmadığını illərdir görürük. Bu mexanizm nə dünyada, nə də inkişaf etməkdə olan ölkələrdə yoxdur. Çünki işlək mexanizm deyil. Düşünürəm ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi istiqaməti fayda gətirəcək işlərə yönləndirməlidir. Büdcələrini birbaşa startaplara yönləndirib, onlara dəstək ola bilərlər. Çünki startapların dəstəyə ehtiyacı var”.

Qeyd edək ki, İRİA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

Əsasnaməyə görə, İRİA ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşdırılması, ekosistemin gücləndirilməsinə xidmət etməli, nüvə elmi və texnologiyalarının sınaq təcrübələrini aparmalı, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi-tədqiqatlarına və innovativ layihələrinə (Startapları) dəstək verməli, müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərərək ölkədə İKT sahəsində əlçatan təhsil və karyera imkanlarını təmin etməli, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin qurulması və təşkilini həyata keçirməlidir.

Nuray


 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər