BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
12588

“Startap” şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının ilk iclası keçirilib. İclasda “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərə baxılıb.

KOBİA-dan Valyuta.Az-a bildirilib ki, Ekspertlər Şurasında təmsil olunan dövlət qurumlarının və müstəqil ekspertlərin iştirakı ilə keçirilmiş iclasda qeyd edilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üçün müraciətlərin qəbuluna başlanılan tarixdən indiyədək agentliyə daxil olmuş müraciətlərin 5-i qeydiyyata alınıb və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim edilib.

İclas çərçivəsində daxil olmuş müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılaraq qiymətləndirilib. Müraciəti barədə müsbət qərar qəbul edilmiş sahibkarlıq subyektlərinə “Startap” şəhadətnamələri təqdim olunacaq.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. “Startap” şəhadətnaməsi almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. Agentliyə daxil olmuş müraciətə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasında İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Milli Elmlər Akademiyasının nümayəndələri, müstəqil ekspert qismində isə “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nəzdində fəaliyyət göstərən “İnnovasiyalar və rəqəmsal texnologiyalar” üzrə komissiya təmsil olunur. Ekspertlər Şurasının rəyi əsasında KOBİA “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Startap” şəhadətnaməsi almaq üçün agentliyə daxil olmuş müraciətlər əsasında ayda bir dəfədən az olmayaraq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin