Ötən il Azərbaycanda neçə nəfər işlə təmin olunub? - RƏSMİ
Artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib.
Valyuta.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə baş tutan “Rəqəmsal Məşğulluq” adlı online görüşdə səsləndirib.
M.Abbasbəylinin sözlərinə görə, 2020-ci il ərzində Agentlik tərəfindən 100 min nəfər işlə təmin olunub və 12 min şəxsin özünüməşğulluq proqramına cəlb edilib. Sədr, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin daha da genişləndirildiyini, yeni layihələrə start verildiyini diqqətə çatdırıb.
DMA sədri, şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərin məşğulluqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Rəqəmsal məşğulluğa keçid sahəsində aparılan islahatlarla bağlı təqdimat edən M.Abbasbəyli qeyd edib ki, işsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb və “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) adlı vahid əmək münasibətləri platforması qurulur.
Qeyd edək ki, grüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, ATİB-nin sədri Cemal Yangın, Dış Ekonomik İlişkilər Kurulunun sədri Selçuk Akat, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Akar, 100-dək türk və azərbaycanlı iş adamı iştirak edib.
Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay