BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
8758

“Azəriqaz” İstehsalat Birliyi Vətən Müharibəsinin iştirakçısı olan qazilərin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid ailələrinin qaz təsərrüfatına dair müraciətlərini diqqətdə saxlayır. 

“Azəriqaz” İB-dən Valyuta.az-a verilən məlumata görə, belə müraciətlərdən biri də Siyəzən rayonunun Balaca Həmyə kəndindən ünvanlanıb. 

Xüsusi Təyinatlı Qüvvələrin giziri Ağali Ağayev Vətən Müharibəsində cəsarətlə döyüşüb. Vətənin hər qarış torpağını geri qaytarmaq üçün içdiyi anda sadiq qalan igid övladlarımızdan biri kimi tarix yazıb. Canından keçib, son damla qanı da uğrunda döyüşdüyü torpağa düşüb. Ağali Ağayev kəşfiyyatçı olub. Yaddaşımızda bu igid vətən övladı qorxmaz, cəsur və əsl vətənpərvərliyi ilə yaşayacaq. Vətən Müharibəsi zamanı böyük şücaət göstərib, özü yaralı olsa da, neçə-neçə yaralı və şəhid hərbçilərimizi döyüş meydanından çıxarıb. Ağali dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə” görə medalları ilə təltif edilib.

Onun doğulub boya-başa çatdığı Siyəzən rayonunun Balaca Həmyə kəndində valideynləri Ağali üçün yeni ev də inşa etdirmişdilər. Onun ölümündən sonra ruhu şad olsun deyə, valideynləri evi boş qoymayıb, özləri burda yaşayır. Fərdi yaşayış evində təbii qazın olmaması çətinlik yaradırdı. Məhz bununla bağlı şəhid ailəsi “Azəriqaz” İB-yə müraciət edib. Bu müraciət də cavabsız qalmayıb. Qısa müddət ərzində şəhidin ailəsinin yaşadığı fərdi yaşayış evi təbii qazla təmin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maaş artımı istəyən zamanı bunları bilməlisiniz

Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır – Hansı sahələr inkişaf edəcək?

Naxçıvanda yeni nazir müavini təyin edildi

Prezident Şarl Mişeli COP29-a dəvət etdi

Köhnə evdən yeni mənzilə - sakinlərin üzləşdikləri çətinliklər necə həll olunmalıdır?

Azərbaycanda evlər əsasən neçə otaqlıdır? – STATİSTİKA

“Ərəb ölkələrinin Azərbaycan çiyələyinə marağı artıb”

Elmira Süleymanova dəfn olundu (FOTO/YENİLƏNİB)

Uşaqları onlayn mühitdə təhlükələrdən necə qoruya bilərik?

Uşaqları onlayn mühitdə təhlükələrdən necə qoruya bilərik?

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

Azərbaycanda nağdsız ödənişlərin miqdarı nə qədər olub?

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?

Azərbaycanda bank kartlarının sayı açıqlandı

Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

Azərbaycanda 3 ayda dövlət xəttilə 115 milyon manat ipoteka krediti verilib

Rüşvət alan işçiylə bağlı görülməli tədbirlər - 55 manata qədər məbləğ rüşvət sayılmır?

Çin bazarı uğrunda mübarizə: Azərbaycan hansı addımları ata bilər? (ŞƏRH)

2030-cu ilə qədər bu ölkədə hər 3 avtomobildən 1-i elektromobil olacaq

Sabiq baş həkim TƏBİB-ə qarşı məhkəmədə qalib gəldi, işinə bərpa olunmalı, maaşı ödənməlidir

BƏƏ-də süni zəka əsaslı Formula-1 avtomobillərinin yarışı keçiriləcək (VİDEO)

Birbank Biznes-lə vaxt sənə işləsin ®

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

"Ölümü"nü səhnələşdirən tikinti şirkətinin rəhbərinə hökm oxunub

Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"

Bu il Azərbaycana nə qədər turist gəlib?

Macarıstan Azərbaycana avtobus istehsalında əməkdaşlıq təklif edir

Xaricdən çayın kiloqramını neçəyə alırıq?

Bakıda üç məktəbin direktoru cəzalandırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin