BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
7740

"İşğaldan azad edilmiş ərazilərimizdə ən vacib işlərdən biri yol infrastrukturunun bərpası və genişləndirilməsidir. Müasir yollar olmadan uğurlu bərpa və məskunlaşma çətin olar. Hətta elə yol şəbəkəsi qurulmalıdır ki, orada məskunlaşan insanları və oralarda yaradılan təsərrüfat subyektlərini torpağa “bağlasın”. 

Valyuta.Az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, yolların bərpası və yol şəbəkəsinin genişləndirilməsi zamanı işğaldan əvvəlki ciddi səhvlərimiz düzəldilməlidir.

"Qərb sərhədlərimiz boyu müasir yolların olmasına xüsusi diqqət yetirilməlidir. Təəssüflə qeyd etmək istəyirəm ki, sərhədyanı rayonlarımızı və Şuşanı 1992-1993-də itirməyimiz həm də yol şəbəkəsinin yetərli olmaması ilə bağlı idi. Hər kəs gözəl bilir ki, 1992-ci ildə işğaldan əvvəl Şuşa şəhəri və ətraf kəndlər, həmçinin bütöv Laçın və Kəlbəcər rayonu yarımblokadaya düşmüşdü. Belə blokadanı yeganə yolun bərbad vəziyyətdə olması daha da qəlizləşdirirdi. Ona görə də Göygöl və Daşkəsən istiqamətindən Kəlbəcərə, daha sonra Kəlbəcərdən Laçına, həmçinin, Qubadlı istiqamətindən Laçına ərazinin relyefinə uyğun, istənilən fəsildə istismara yaralı, özü də imkan daxilində alternativi olan yollar çəkilməlidir".

Ekspert qeyd edib ki, işğal zonasından kənarda olan Qərb rayonlarımızda da yetərincə əlaqəni təmin edən yollar hələ yoxdur.

"Məsələn, qonşu olan Gədəbəy və Daşkəsən rayonlarının mərkəzlərindən bir-birinə getmək üçün Gəncə və Şəmkirdən keçməklə 80 km-dən artıq məsafə qət etmək lazım gəlir. Amma bu rayon mərkəzlərini birləşdirmək üçün təxminən 20-25 km-lik yol tikilməlidir. Düşünürəm ki, Qərb rayonlarımızın hamısını birləşdirən mükəmməl və müasir yol şəbəkəsi çəkilməlidir. Məsələn, Tovuzdan çıxırsan yola, çox rahat yolla hər yerdə dağlarla hərəkət edərək (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın və Qubadlıdan) bir neçə saata Zəngilana çatırsan".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin