"Azəriqaz" borcu olan abonentlərə SMS göndərəcək
“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.
Valyuta.Az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir:
“Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, Birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minə yaxın olanının mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub.
İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.
Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş edirik ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı votsap nömrəsinə göndərsinlər”.
Qeyd edilib ki, onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada yoxdursa, əlavə ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay