Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl
Cari ilin əvvəlinə ölkənin iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə pensiyaçıların sayı 1 milyon 95 min 958 nəfər olub.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 441 manat 30 qəpik təşkil edib. Təyin olunmuş aylıq pensiyanın ən yüksək məbləği 465 manat ilə Səbail rayonunda olub. Ən çox pensiyaçı isə 30 min 949 nəfər ilə Xətai rayonunda qeydə alınıb.
Qeyd edək ki, bu dövrdə Bakı şəhərində ümumi olaraq təyin olunmuş aylıq pensiyaların orta məbləği isə 605 manat 66 qəpik təşkil edib ki, bunun da səbəbi qulluq stajına görə əmək pensiyasına əlavə alanlar və güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin də daxil edilməsidir.
Bakı rayonları üzrə pensiyaçıların sayı və təyin olunmuş aylıq pensiyaların orta məbləği ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay