Sosial
27.11.2024 / 12:42
Sahil Babayev: "Son 5 ildə 7 milyard manatlıq sosial paketlər reallaşdırılıb"
60263
Azərbaycan hökuməti son 5 ildə 4 milyon insanı əhatə edən 7 milyard manatlıq 4 sosial paket reallaşdırıb.
Valyuta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Bundan başqa, nazir deyib ki, son 5 ildə ölkədə məşğulluq sistemində böyük transformasiya olub: "Əmək müqavilələrinin sayı 600 min ədəd artıb. Əməkhaqqı fondu 3 dəfə böyüyüb. Bu artım həm yeni iş yerlərinin yaradılması, həm də maaşların "ağardılması" ilə bağlı olub. Hökumətin siyasətinin əsasında vətəndaşlarımızın rifahı durur. Bu məsələ daima nəzarətdədir".
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay