Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB
Gələn il ölkədə əməkhaqqı və pensiya məbləğinin artırılması gözlənilir. Dövlət büdcəsindən sosial sahəyə 16.9 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə bütövlükdə büdcə xərclərinin 43 faizi deməkdir. Belə olan halda, müharibə veteranlarına hər ay verilən 80 AZN niyə artırılmır?
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı "Xəbərin olsun" verilişinə danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, ölkəmizdə adambaşına düşən xərcin artması müharibə veteranlarına hər ay verilən 80 AZN-in də artmasını labüd edir:
"Bizim büdcə müzakirələrində təklif etdiyimiz istiqamətlərdən biri də Vətən müharibəsi iştirakçılarının müavinətinin artırılması ilə bağlı idi. Veteran pulu təyin olunduqdan sonrakı müddətdə bütün xərclərdə artım var. Bizim qiymətləndirmələr onu göstərir ki, Vətən müharibəsi iştirakçıları üçün müəyyənləşdirilmiş müavinətin strukturuna uyğun olaraq bu xərclər təxminən iki dəfəyə yaxın artıb. Xərclər də artıqda biz də praktiki olaraq həmin müavinətin iki dəfə artırılmasını təklif edirik. Sosial paketin elementləri aydın olduqdan sonra hansı istiqamətlərdə artım olacağı da müəyyənləşəcək".
Ətraflı videoda:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay