BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
58668

Bəzi iş yerlərində, xüsusilə özəl sektorda əmək qabiliyyətindən asılı olmayaraq,  subay və evli şəxslər arasında ayrı-seçkilik müşahidə olunur. “Sən subaysan, nə qədər xərcin var ki”, “Filankəs evlidir, onun xərcləri daha çoxdur, maaşı da çox olmalıdır” və.s tipli yanaşmalar var. Bu isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. 

Maraqlıdır, əməkhaqqı hansı meyarlara görə nəzərə alınmalıdır?

Bununla bağlı iqtisadçı Pərviz Heydərov deyib ki, istər özəl, istərsə də dövlət sektorunda işçinin ailə tərkibinin, evli və ya subay olmasının anketi aparılmamalıdır:

“İşçinin işəgötürən tərəfindən peşə təcrübəsi, ixtisası, əmək qabiliyyəti nəzərə alınmalıdır. İşəgötürən tərəfindən işçinin ailə tərkibinin, sosial vəziyyətinin, maddi ehtiyaclarının və.s nəzərə alınması kimi kriteriyalar mövcud deyil. Nə qanunvericilikdə, nə də praktikada belə bir şey var. Ona görə də belə hallar hansısa strukturda qeydə alınıbsa, bu, əsassızdır. Özəl sektorda sahibkarlar peşəkar, ixtisaslı, işini bilən kadr axtarır və işə götürdüyü vətəndaşı da əsas etibarilə bu kriteriyalara görə qiymətləndirir. Vətəndaşın ailəsi var və ya yoxdur, subaydır, yaxud evlidir, ailəlidirsə, hansı tərkibli ailəyə sahibdir və.s. kimi məsələlərin işəgötürən üçün heç bir əhəmiyyəti olmamalıdır”.

İqtisadçı qeyd etdi ki, əməkhaqqının şəxsin evli və ya subay olması kimi kriteriyalara əsasən müəyyənləşdirilməsi mümkün deyil:

“Özəl sektorda da, dövlətdə də maaşlar vəzifələrə, funksional təyinata görə müəyyən olunur.  İşəgötürən tərəfindən işçinin sosial statusu nəzərə alınmır. Özəl sektorda sahibkarlıq strukturu elə bir xüsusiyyətə malikdir ki, dövlət sektorunda olduğu kimi iş yerləri müvafiq təsnifata uyğun müəyyən olunur, istiqamətlər üzrə seçilir və hər bir sahə üzrə də vəzifələrin əməkhaqqı təyinatı tərtib edilir. Kimsə ailəlidir, yaxud fiziki məhdudiyyəti var, himayəsində kimlərsə var – tipli sosial statuslara uyğun birisini işə götürən zaman onun vəziyyəti nəzərə alınmır. Əmək qanunvericiliyində bu hallar nəzərdə tutulmayıb”.

© Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Xiaomi"nin "Android 16"nı ilk tətbiq edəcəyi smartfonlarının siyahısı açıqlandı

Ən çox maaş alan baş məşqçilərin adı bilindi

"JPMorgan", "Tesla" ilə bağlı məhkəmə işinə son qoyub

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin