BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8748
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2318
56806

Xəbər verdiyimiz kimi, 171 nömrəli avtobus fəaliyyətini dayandırdığı üçün oktyabrın 1-dən etibarən onu 150 nömrəli marşrut əvəz etməyə başlayıb.

Qeyd edək ki, 171 nömrəli avtobus köhnə tipli avtobuslardan olsa da, 150 nömrəli “BakuBus” MMC-yə aid olan yeni avtobuslardandır.

Bu yenilik sərnişinlərin bir çoxu tərəfindən sevinclə qarşılansa da, onlarda sual da yaradıb. Sərnişinlər 150 nömrəli marşrutun qiymətinin 55-60 qəpik olacağını düşünsə də, qiymət dəyişməyərək 70 qəpik olaraq qalıb.

Belə ki, Koroğlu-Nardaran istiqamətində fəaliyyət göstərən 189 nömrəli marşrutda gedişhaqqı 55 qəpik, Koroğlu NMM-Mərdəkan qəsəbəsi istiqamətindəki 140 E marşrutu isə 60 qəpikdir. 150 saylı avtobusda isə gedişhaqqı 70 qəpikdir.

Qiymətlərdəki bu cür fərqliliklər isə sərnişinlər arasında müəyyən çaşqınlıqlar yaradır.

Bu fərqliliklərin səbəbi nədir? Qiymətlər nəyə əsasən təyin edilir? Kartsız işləyən avtobuslarda məsafəyə görə dəyişən gedişhaqqı, niyə kartla işləyən avtobuslarda tənzimlənmir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, müntəzəm şəhərdaxili  avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda isə tariflər məsafəyə görə dəyişir:

“Koroğlu Nəqliyyat Mübadilə Mərkəzini Bilgəh qəsəbəsi ilə əlaqələndirən 150 nömrəli şəhərətrafı marşrut xəttinin dövr uzunluğu 67 km təşkil edir”.

Qurum rəsmisinin sözlərinə görə ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun tarixində qəbul edilən qərar var:

“Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında məsafəyə görə dövrün uzunluğunun yarısı 15 kilometrdən azdırsa, gedişhaqqı 50 qəpik, 15 km-dən 30 km-dək gedişhaqqı 60, 30 km-dən 40 km-ə qədərdirsə 70 qəpik təşkil edir. 150 nömrəli marşrut xəttinin dövr uzunluğunun yarısı 33,5 km təşkil edir və gediş haqqı 70 qəpik müəyyən edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rəqəmsal təhlükəyə qarşı yeni tədbirlər: Avstraliya nümunəsi

Startap yaradarkən nələrə diqqət edilməlidir?

Azərbaycanlı xanım Amerikada startapın CEO-su təyin edilib

Maliyyə cəhətdən savadlı uşaq yetişdirən platforma - Startap

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər®

Avropadan Çinin elektrikli avtomobilərinə ağır vergi

Prezident və birinci xanım Cəbrayılda inşa olunan yaşayış kompleksinin açılışında (YENİLƏNİB)

OpenAI-dən rəqib Süni Zəka layihələrinə təzyiq - Rəqabət qızışır

OpenAI-dən rəqib Süni Zəka layihələrinə təzyiq - Rəqabət qızışır

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

Bakıda hardan torpaq almaq daha sərfəlidir? - Ekspert açıqladı

İstanbulda 4 nəfərlik bir ailənin yaşam xərcləri açıqlandı - 71 min...

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

Şəhərətrafı avtobuslarda gedişhaqları necə təyin olunur?

"Bakı Tikinti Quraşdırma" ASC-dən əmlak tələb edilir

Bu ölkədən Azərbaycana 2 500 manata at gətirilir

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq

Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərən şirkətin özünün saytı yoxdur

Vergi Xidmətinə milyonlarla manatlıq İT xidməti göstərən şirkətin özünün saytı yoxdur

“Bank Avrasiya”nın İdarə Heyətində təyinatlar olub

Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

İnhisarçılığa qarşı tədbirlər sərtləşir

Azərbaycanda piroliz yağının istehsalına dair birgə müqavilə imzalanıb

“Metropoliten”də sərnişinlə qatar yolu arasında şüşə maneə niyə quraşdırılmır? - Açıqlama

Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub - TOP-5

Azərbaycanda ən aşağı faizlə əmanət qəbul edən banklar məlum olub - TOP-5

Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - Təfərrüat

SOCAR bu il 2,5 mlrd. manatdan çox kredit cəlb edib

Turizm və rekreasiya zonalarında qadağan olunacaq fəaliyyət növləri müəyyənləşir

Azərbaycan bu ölkəyə 16 manata kərə yağı satır - Qiymətlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin