Bu şəxslər valideynlik hüququndan məhrum edilir - QANUN
Son günlər sosial şəbəkələrdə valideynlərin övladlarına şiddət, işgəncə tətbiq etmələri, eləcə də, onları zərərli vərdişlərə sövq edərək (içki və s.) videolar çəkdiklərini görürük.
Bəs, görəsən, hansı halda ata və analar valideynlik hüququndan məhrum ola bilirlər?
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini, polis mayoru İmran Əliyev sorğumuza cavab olaraq bildirdi ki, yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi İnzibati Xətalar Məcəlləsinin 522-ci maddəsinə uyğun olaraq məsuliyyətə səbəb olur:
“Azyaşlılara valideynləri tərəfindən zorakılıq, yaxud cismani cəzaların verilməsi, həyat və sağlamlıqları üçün real təhlükənin yaradıılması (yəni azyaşlılara mütəmadi olaraq şiddət və s.) hallarında Ailə Məcəlləsinin 72-ci maddəsinə müvafiq olaraq, azyaşlılar valideynlərindən alınır və müvafiq dövlət müəssisəsinə yerləşdirilməsi təmin olunur. Daha sonra həmin şəxslərin valideynlik hüququndan məhrum olması ilə bağlı müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən məhkəməyə müraciət olunur və məhkəmə tərəfindən şəxsin valideynlik hüququ məhdudlaşdırılır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay