BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56206

Bəzi şəxslər var ki, bir neçə ay işlədikdən sonra yeni iş axtarmağa başlayırlar. Son zamanlar bu kimi hallarla daha çox rastlaşırıq. Xüsusilə də “Z” nəsli bir yerdə davamlı işləməkdən sıxılır və iş yerini dəyişmək istəyir. İş yerini tez-tez dəyişən insanların mütəmadi olaraq bir şirkətdə uzun müddət çalışması mümkün olmur. 

Bəs həmin tip insanlar niyə iş yerlərini tez-tez dəyişirlər? Bu, onların psixoloji vəziyyətindən asılıdır?

Valyuta.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, əmək fəaliyyəti şəxsiyyətin inkişafı və tamamlanmasında meyarlardan biridir. Karyerası doğru olan insanlar həyatda nə istədiklərini bilirlər:

“İnsan bilik və bacarıqlarını ifadə edə bildiyi mühitdə sağlam düşüncəyə sahib olur. İş mühitinin sağlam olması şəxslərin həyat tərzinə hər zaman müsbət təsir edir. Günün əsas hissəsini işdə keçirən insanların məişət mövqeləri aşağı səviyyədədir. Boş və bekar insanlar başqalarının iş və bacarıqlarına qarşı çıxırlar. Həm ailədə, həm də işdə insanlar komfort zona qurmaq istəyirlər. Komfort zonası şəxsin mühitə münasibətindən, mühitin şəxsə psixoloji təsirləri ilə tənzimlənir. İnsan sevdiyi işlə məşğul olmalıdır. O zaman başqalarına da faydası olacaq”.

Psixoloq deyir ki, əmək fəliyyətində mühit işçini dəstəkləməlidir. İş mühitində fərdi yanaşma olmalıdır. Əks halda şəxs və ya şəxslər üçün həmin iş müvəqqətidir:

“İnsan özünü ifadə etmək istədiyi ünvanda olmaq istəyir. İş yerlərini tez-tez dəyişən insanlar mühitdən qaçırlar və özlərini axtarırlar. Belə bir stereotip formalaşıb ki, qısa müddət ərzində iş yerini dəyişən insanlara növbəti iş axtarışında güvənmək olmaz. Qarşı tərəfin yaratdığı inancı sorğulamadan belə qənaətə gəlmək doğru deyil. Əmək fəaliyyətində qınaq və ya qərəzli mövqe ilə mütəxəssis yetişdirmək olmaz. Nəzərə almaq lazımdır ki, hər kəsin düşüncə tərzi eyni ola bilməz”.

R.Nəcəfovun sözlərinə görə, digər psixoloji məqam odur ki, şəxsin tez-tez iş yerini dəyişməsi qeyri-peşəkarlıqdır:

“Kiçik maddi artımlarla işini dəyişən insanlarla uzun yol qət eliyə bilməzsən. Müsahibə zamanı düzgün suallar və doğru cavablar olmalıdır. Kiminsə iş yerini tez-tez dəyişməsini psixoloji pozuntu kimi dəyərləndirməməliyik. Tövsiyə olunan odur ki, iş müsahibələrində psixoloqların iştirakı mütəxəssis seçimini konkretləşdirir. Psixodiaqnostik testlərlə müraciətçinin psixoportretini aydın müşahidə etmək olar. İş həyatında uğursuz və uyğunsuz olan şəxslərin şəxsiyyətinə toxunmadan dəstək vermək lazımdır. Sağlam düşüncə ifadə olunmalıdır. Empatiya quraraq yaranmış mənzərəni rəngləmək olar. Hər kəs əmək fəaliyyətində uğursuzluqlar və uyğunsuzluqlar yaşaya bilər. Mütəxəssis dəstəyi tövsiyə olunmalıdır”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İlon Mask: "Çinin istehsal gücünə görə ABŞ-ı ötüb"

Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır

Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

Azərbaycana turistlər hansı məqsədlə gəlir? - İstirahətə gələnlər 900 minə yaxınlaşır

Bu şəhərdən Bakıya uçuşlar başlanılacaq

İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO

4 məktəbə direktor təyin edildi

Bu yolda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilfi

Şənbə gününün hava proqnozu

Rusiyada ikili vətəndaşlıq qadağan edilə bilər

Bank sektorunun aktivləri 50, öhdəlikləri 44 milyard manata çatıb

Prezident Zəfər parkında olub (FOTO/YENİLƏNİB

Əhali banklara əmanət qoyuluşun 1,3 milyard manat artırıb

Naxçıvanda İmtahan Mərkəzi yaradıldı

“AFB Bank”ın rəhbərliyinə təyinat

Sığorta şirkətlərinin gəliri 16 milyon manat artıb

"Bakıya yaxın bir yerdə yeni paytaxt tikmək daha yaxşı fikirdir" - Vahid Əhmədov

Rusiya Azərbaycana süd məhsulları satışını 2 dəfə artıra bilər

Tədavüldə olan qiymətli kağızların həcmi 8 milyard manata çatıb

Xlorun litrini xaricdən neçəyə alırıq?

Kapital Bank-ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” keçiriləcək®

İtaliya şirkəti Azərbaycandakı filialını bağladı

İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb

İnvestisiya şirkətlərinin xalis mənfəəti 15 %-dən çox azalıb

Qızıl və gümüş ucuzlaşdı

Oqtay Əsədovun xanımının yerinə təyinat

Oqtay Əsədovun xanımının yerinə təyinat

Azərbaycanda TOP3-ə daxil olan bankların kredit portfelində payı bir qədər də artıb

Möhbalıyevin həyat yoldaşı işdən çıxarıldı

Bu il həyatını sığortalatdıranlar 31 faiz artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin