BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
55256

2 avqust 2024-cü il tarixdə Əmək Məcəlləsində edilən  dəyişikliklər qüvvəyə mindi. Yeniliklərdən biri də Məcəllənin 73-cü maddəsində edilən dəyişiklikdir. İnsan resursları üzrə ekspert Ramin Hacıyev  yeni qaydanı “vergiler.az”a şərh edir. 

Bildiyimiz kimi, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilməsinin qaydalarını müəyyən edir. Əvvəlki redaksiyada müddətli əmək müqaviləsinə xitam verilməsi aşağıdakı qaydada idi:

- əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində xitam verilirdi;

- əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinin xitam verilməsini tələb etmirdisə, müqavilə əvvəlki müddət qədər uzadılmış hesab edilirdi;

- işçinin müəyyən üzrlü səbəbdən (məzuniyyətdə, ezamiyyətdə və 179-cu maddədə nəzərdə tutlan iş yeri və orta əməkhaqqı saxlanıldığı hallarda) iş yerində olmadığı hallarda müddətli əmək müqaviləsinin müddəti bitdikdə işçi işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş müqaviləyə xitam verilə bilərdi.

12 avqust 2024-cü il tarixdən etibarən müddətli əmək müqaviləsinə xitam verilməsi aşağıdakı qaydada həyata keçirilməlidir:

- Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır;

- İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən müqaviləyə xitam verilə bilər.

Dəyişikliklər aşağıdakı məqamları özündə əks etdirir:

- Müddətli əmək müqaviləsinə xitam verilməmişdən ən azı bir həftə öncədən işçiyə yazılı formada xəbərdarlıq edilməlidir;

- Üzrlü səbəbdən işdə olmayan işçinin əmək müqaviləsinin müddəti bitməmişdən ən azı bir həftə öncədən yazılı formada xəbərdarlıq edilmişdirsə, işçi işə çıxdığı gün xitam verilə bilər.

Dəyişiklikləri misallarla izah edək:

Misal 1: Fərz edək ki, işçinin əmək müqaviləsinin müddəti 25.09.2024-cü il tarixdə bitir. Bu halda ən gec 18.09.2024-cü il tarixdə işçiyə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir. Əgər işçiyə ən azı bir həftə öncədən xəbərdar edilməzsə, müddət müqavilədəki müddət qədər uzadılmış sayılacaq.

Misal 2: Hesab edək ki, məzuniyyətdə olan işçinin əmək müqaviləsinin müddəti 01.10.2024-cü il tarixdə bitəcək, lakin işçi məzuniyyətdə olduğu üçün 20.10.2024-cü il tarixdə işə başlayacaq. İşəgötürən həmin işçi məzuniyyətdən qayıdandan sonra əmək müqaviləsinə xitam verilməsi barədə qərar verir. Bunun üçün ən gec 24.09.2024-cü il tarixdə işçiyə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq edilməlidir.

Həmçinin, işçi də işəgötürəni yuxarıda qeyd olunan qaydada yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməklə əmək müqaviləsinin xitam verilməsini tələb edə bilər.

Xəbərdarlığın edilmə qaydasına gəlincə, istər işçi, istərsə də işəgötürən kağız formada və ya ƏMAS-da “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən yazılı xəbərdar edə bilər. Belə ki, işəgötürən kağız daşıyıcıda rəsmi qaydada işçiyə xəbərdarlıq məktubu və ya ƏMAS-da “İşəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsindən yazılı formada xəbərdarlıq edə bilər.

Qeyd edək ki, xitam prosesinin sonunda işçiyə sistem üzərindən avtomatik rejimdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat ödəməlidir

Azərbaycan Parisdə qazandığı 5 medalı geri qaytarır - RƏSMİ

Nisyə mal alıb-satmağın şərtləri dəyişir

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib

"Minay Group" məhkəmə qarşısında

"Netflix" abunəlik qiymətlərini artırıb

Murtuza Muxtarovun bağ evi təmir olunacaq - 7 mln. manatlıq layihə

Rusiyanın neft ixracı minimuma endi

Hansı evlər sənədləşdirilməyəcək? - Araşdırma

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

AMB sədri kommunal xidmətlərdəki bahalaşmanın təsirlərindən danışdı

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Bu dövlət qurumunda yoxlama aparıldı: Pozuntular aşkarlanıb

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Braziliyada keçiriləcək COP30-a prezident təyin olunub

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

"2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq" - Taleh Kazımov

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin