BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
55031

Beynəlxalq Əmək Təşkilatı (ILO) 2024 dünya ölkələrinin məşğulluğu və sosial perspektivlər hesabatını yeniləyib. Hesabatda qlobal əmək gəliri payının 2019-2022-ci illər arasında 0,6 bənd azalaraq uzun müddətdir davam edən eniş tendensiyası davam etdiyi qeyd edilib. 

Bundan başqa işçilərin də qlobal gəlir konteksində payının son 20 ildə əhəmiyyətli dərəcədə azaldığı ifadə edilib.

Hesabatda qeyd edilib ki, qlobal əmək gəlirlərinin payı 2004-cü ildən bu yana 1,6 bənd azalıb. Bu azalma isə cari ilədək gəlirlərində illik 2,4 trilyon dollarlıq kəsirə uyğun gəldiyi qeyd edilib.

Valyuta.az xəbər verir ki, hesabatda gəlirlərin azalmasının bərabərsizliyi artırdığını və Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyişi əngəllədiyi qeyd olunub. 

Hesabata görə, bu tendensiyaya aşağıdakı amillərin təsiri böyük olub:

COVID19 təsiri

Hesabatda COVID19 epidemiyasının qlobal işçi qüvvəsinin gəlir payının əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu və qlobal böhranların mövcud bərabərsizlikləri daha da pisləşdirdiyi vurğulanıb. Təqdim olunan açıqlamada qeyd olunub ki, COVID19 pandemiyası, xüsusən də kapital gəlirlərinin ən zənginlər arasında artan konsentrasiyası səbəbindən mövcud bərabərsizlikləri artırıb və ölkələr daxilində və ölkələr arasında bərabərsizliyin azaldılmasına yönəlmiş 10 Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) nail olmaq səylərini sarsıdıb.

Süni intellektin inkişaf riskinə diqqət

Hesabatda işçilərin hal-hazırda qlobal gəlirin yalnız 52,3 faizini aldığı, kapital gəlirinin isə qlobal gəlirin qalan hissəsini təşkil etdiyi və texnoloji tərəqqinin əmək gəlirlərinin payının azalmasında təsirli olduğu qeyd edilib. Hesabatda son aylarda süni intellektin sürətlənməsinin bərabərsizliyin daha da dərinləşməsi riski daşıdığı ifadə edilərək bildirilib ki, tarixi nümunələr davam edərsə, geniş bir miqyasda müvafiq sahələrdə daha güclü bir siyasət reaksiyası olmasa, məhsuldarlıq sahəsində son inkişaflar, xüsus ilə süni intellekt əmək gəlir payı üzərində daha da aşağı istiqamətli təzyiq yaradacaq. Bundan başqa  hesabatda gənclərin məşğulluq, təhsil və təlimlərdə iştirak etməməsi ilə bağlı davam edən problemə də diqqət çəkilərək, belə şəxslərin say nisbətinin 2015-ci ildəki 21,3 faizdən 2024-cü ildə 20,4 faizə endiyi bildirilib.

“Tədbir görülməlidir” çağırışı

BƏT-in Baş Direktorunun müavini Celeste Drake mövzu ilə bağlı qiymətləndirməsində ölkələrin əmək gəlirlərinin payının azalması riskinə qarşı tədbir görməli olduqlarını ifadə edib. O bildirib ki,  inklüziv artımı təmin etmək və hamı üçün davamlı inkişaf yolunu qurmaq üçün, birləşmək azadlığı, kollektiv sövdələşmə və effektiv əmək idarəçiliyi vacibdir.  BƏT rəsmisinin sözlərinə görə, bütün ölkələrin iqtisadi faydaların ədalətli bölüşdürülməsini təşviq edən siyasətlərə ehtiyacı var. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda hotelin dövlətə vergi borcu var

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat ödəməlidir

Azərbaycan Parisdə qazandığı 5 medalı geri qaytarır - RƏSMİ

Nisyə mal alıb-satmağın şərtləri dəyişir

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib

"Minay Group" məhkəmə qarşısında

"Netflix" abunəlik qiymətlərini artırıb

Murtuza Muxtarovun bağ evi təmir olunacaq - 7 mln. manatlıq layihə

Rusiyanın neft ixracı minimuma endi

Hansı evlər sənədləşdirilməyəcək? - Araşdırma

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

AMB sədri kommunal xidmətlərdəki bahalaşmanın təsirlərindən danışdı

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Bu dövlət qurumunda yoxlama aparıldı: Pozuntular aşkarlanıb

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Braziliyada keçiriləcək COP30-a prezident təyin olunub

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin