BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
54474
Milli Məclisin 2-ci çağırış deputatı olmuş Cahangir Hüseynov pensiyasından 36 min 112 manat tutulmasına görə Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
 
Valyuta.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, keçmiş deputat iddia edib ki, ondan xəbərsiz pensiyasından 56 min 525 manat tutulması barədə sərəncam qəbul edilib. Sərəncam belə əsaslandırılıb ki, 2007-2017-ci illər ərzində C.Hüseynova sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilib. (əvvəllər daxili işlər orqanlarında işləyib-red) Ümumilikdə isə 10 il ərzində ona 56 min 525 manat artıq pensiya ödənilib. Həmin pensiya məbləğinin 36 min 112 manat hissəsi 2017- 2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulub. Qalıq borcu isə 22 min 8 manat təşkil edib.
 
Eks-deputat Bakı İnzibati Məhkəməsində cavabdeh qismində iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qalib gəlib.
 
Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı Hüseynova ödənilmiş artıq pensiya onun səhvi deyil. Belə olan halda ondan pul tutulması qanunsuzdur. Qərar qəbul edilib ki, iddiaçıdan tutulmuş 36 min 112 manat geri qaytarılmalı, qalıq məbləğin onun pensiyasından çıxılması dayandırılmalıdır.
 
Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qüvvədə saxlasa da, Ali Məhkəmə DSMF-nin şikayətini əsaslı hesab edib. Yüksək instansiya məhkəməsi yenidən baxılması üçün şikayəti geri qaytarıb.
 
Bakı Apellyasiya Məhkəməsindəki ikinci icraat zamanı isə fərqli qərar qəbul edilib. Budəfəki məhkəmə tərkibi hesab edib ki, bu işdə hər iki tərəf təqsirlidir. Belə olan halda tərəflərin məsuliyyəti bərabər bölünməlidir.
Ətraflı
 
Bu səbəbdən tərəflərin şikayətləri qismən edilib.
 
Qərara əsasən, Cahangir Hüseynovun pensiyasından 15 min 52 manat məbləğində pulun tutulması qanunsuz hesab edilib. Həmin pulun ona qaytarılması cavabdehə həvalə edilib. Həmçinin iddiaçıdan başqa pul vəsaitinin tutulması qadağan edilib. Ali Məhkəmə qərarı qanunauyğun hesab edib.
 
Beləliklə, C.Hüseynovun pensiyasından tutulan 36 min 112 manat məbləğdən yalnız 15 min 52 manatı ona qaytarılıb. Nəticədə 21 min 60 manatı ondan geri alınmış olub. 
 
Qeyd edək ki, Cahangir Hüseynov 90-cı illərdə bir müddət Abşeron, sonradan Ağdaş, Biləsuvar, Sabirabad rayonlarında polis rəisi işləyib. 1994 cü ildə onun həyatına sui-qəsd təşkil olunub. Həmin vaxt azyaşlı oğlu və yaxın qohumları qətlə yetirilib.
 
2000–2005-ci illərdə millət vəkili olmuş Hüseynov sonradan bizneslə məşğul olmağa başlayıb.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda hotelindövlətə vergi borcu var

“Formula 1” üzrə Azərbaycan Qran-prisinə bilet satışı başlayıb

ABŞ Qazaxıstandan 49 illiyinə torpaq icarəyə götürəcək

ADY, eləcə də onun qurumları lisenziya və icazə tələbindən azad olunur

Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi - 142 min manat ödəməlidir

Azərbaycan Parisdə qazandığı 5 medalı geri qaytarır - RƏSMİ

Nisyə mal alıb-satmağın şərtləri dəyişir

Azərbaycan səfirliyinə hücum edən şəxs edam olunacaq

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib

"Minay Group" məhkəmə qarşısında

"Netflix" abunəlik qiymətlərini artırıb

Murtuza Muxtarovun bağ evi təmir olunacaq - 7 mln. manatlıq layihə

Rusiyanın neft ixracı minimuma endi

Hansı evlər sənədləşdirilməyəcək? - Araşdırma

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

AMB sədri kommunal xidmətlərdəki bahalaşmanın təsirlərindən danışdı

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Bu dövlət qurumunda yoxlama aparıldı: Pozuntular aşkarlanıb

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Braziliyada keçiriləcək COP30-a prezident təyin olunub

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin